Musiqili Komediya Teatrı primeriyaya hazırlaşır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə teatrın aktyoru Novruz Qartal məlumat verib. Teatrın bu dəfə təqdim edəcəyi əsər ?Matəm marşı, yaxud gözünüz aydın? adlanır. Maarif Məmmədovun bu əsərinə quruluş vermək isə Yusif Əkbərovun öhdəsinə düşüb. Mayın 12-də təqdim ediləcək tamaşada Novruz Qartal, İlham Namiq Kamal, Arif Quliyev, Çingiz Əhmədov, Elçin Həmidov, Xanım Qafarova, Fatma Mahmudova və Naibə Allahverdiyeva tərəf müqabili olacaqlar.