Dövlət Gənclər Teatrının yaradıcılıq işlərində müvəqqəti fasilə yaranıb. Bunu Müstəqil İnformasiya Agentliyinə açıqlamasında teatrın direktoru Həsən Həsənov deyib. H.Həsənov bunu rəhbərlik etdiyi mədəniyyət ocağının Gənc Tamaşaçılar Teatrına birləşməsi ilə əlaqələndirdi: ?Biz bir müddət yeni əsərə müraciət etməyəcəyik. Açığı, teatrın repertuarında olan tamaşalarımızı da nümayiş edə bilməyəcəyik. Çünki hazırda ?Gənc Tamaşaçılar?a köçmək üzrəyik. Bu işlər başa çatandan sonra hansısa yaradıcılıq işindən danışa bilərik?.