Milli Məclisdə ADNA-dakı terrora fərqli mövqedən yanazılır
Milli Məclisin bugünkü iclasında deputatlar aprelin 30-da Dövlət Neft Akademiyasında baş verən qanlı olayla bağlı fikirlərini bildiriblər. Ancaq deputatların fikirləri üst-üstə düşmədiyi üsün fikir ayrılıqları yaranıb.
Müsavatçı deputat Arzu Səmədbəyli ADNA-dakı faciənin hüquq-mühafizə orqanlarının fəaliyyətindəki qüsurlarını ortaya çıxardığını deyib. Deputat qatilin istifadə etdiyi silahın Gürcüstandan Azərbaycana keçirildiyinə dair məlumatları əsas gətirərək, sərhəd xidmətində də problemlərin olduğunu nəzərə çatdırıb: ?Təəssüf ki, belə bir faciə yaşanır, amma ölkədə matəm elan olunmur. Hələ üstəlik ?Gül bayramı? da keçirilir?.
A.Səmədbəyli onu da qeyd edib ki, hadisənin araşdırılması üçün deputatlar və tanınmış ictimaiyyət nümayəndələrindən ibarət müstəqil komissiya yaradılmalıdır. Onun sözlərinə görə, bu, hadisənin tez açılmasına kömək edə bilər.
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə də həmkarının fikirlərini müdafiə edərək, parlament komissiyasının yaradılmasının vacib olduğunu vurğulayıb.
Yeni Azərbaycan Partiyasından olan deputat Mübariz Qurbanlı isə müxalifətçi həmkarlarının təklifini pisləyib. O, müxalifətə xitabən ?hadisədən siyasi dividend götürmək üçün istifadə etmək doğru deyil və hüquq mühafizə orqanlarının araşdırmasının nəticəsini gözləmək lazımdır?,-deyib.
Məsələylə bağlı fikirlərini bildirən spiker Oqtay Əsədov isə ?Faciənin araşdırılması birbaşa prezidentin nəzarəti altındadır və narahatlığa əsas yoxdur. Hadisə obyektiv araşdırılacaq?,- deyərək, dartışmaya son qoyub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51