[b]?18 mart referendumunda eks-prezidentlərin statusu ilə bağlı qəbul olunan maddəyə bəndin salınması sadəcə olaraq, skletdir. İndi o ?skelit?in üstünə bir az ?əzələ və beyin? qoymalıdırlar ki, sonra qanun qəbul etsinlər?.[/b] Bu sözləri Müstəqil İnformasiya Agentliyinə ?Eks-prezidentlərin statusu haqqında? qanunun qəbuluna ehtiyac olduğunu bildirən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə deyib. A.Əlizadə bildirib ki, bu qanun qəbul olunarsa, onun sabiq prezident, ASDP-nin digər həmsədri Ayaz Mütəllibova da şamil olunacağına şübhə etmirlər: ?Hesab edirəm ki, bu qanun qəbul olunmalıdır və mütləq Ayaz müəllimə də şamil edilməlidir. Əgər bu, baş verərsə, Mütəllibovun ölkəyə qayıdışı reallaşar. Bizim gözləntilərimiz bundan ibarətdir. Onu da deyim ki, bu məsələ Azərbaycan prezidentindən asıldır. Ortada iradə olarasa, məsələ öz həllini tapar?. ASDP həmsədri bir müddət öncə A.Mütəllibovun ölkəyə qayıdışının təmin olunması ilə bağlı prezidentə ünvanladıqları müraciətə də hər hansı cavabın verilmədiyini deyib. Amma o, məsələnin müsbət həll olunacağına ümid etdiklərini bildirib.