Türkiyə prezidenti Abdulla Gül bu gün Avropa Birliyinin ?Şərq tərəfdaşlığı? və ?Cənub dəhlizi? sammitlərində iştirak etmək üçün Çexiyaya yola düşəcək. CNN Türkün məlumatına görə, o, sammit çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla ayrı-ayrılıqda görüşəcək. Qeyd edək ki, bu gün Azərbaycan və Ermənistan prezidentləri də Praqda görüşəcəklər. Görüşün ABŞ-ın Praqadakı səfirliyində baş tutacağı gözlənilir.