Saakazvili Praqaya səfərini təxirə salmayacaq
Gürcüstan prezidenti Mixail Saakaşvili ötən gün paytaxtda etiraz aksiyaları keçirən müxalifət tərəfdarları ilə polis arasında baş vermiş qarşıdurmaya baxmayaraq, Avropa Birliyinin "Şərq tərəfdaşlığı" sammitində iştirak etmək üçün Praqaya səfərini təxirə salmayacaq. Bu barədə məlumatı dövlət başçısının mətbuat xidməti yayıb.
Xatırladaq ki, ötən gün polis mitinq keçirən müxalifət tərəfdarlarını dağıtmaq üçün rezin güllələrdən istifadə edib. Müxalifətin məlumatına görə, qarşıdurma nəticəsində 60 nəfər xəsarət alıb. Gürcüstanın Daxili İşlər Nazirliyi isə 22 nəfərin xəstəxanalara çatdırıldığını, onların arasında bir jurnalist və altı polis əməkdaşının olduğunu bildirib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50