Ukraynda gənclərin beynəlxalq musiqi forumu keçiriləcək
Ukraynada gənclərin beynəlxalq musiqi forumunun keçirilməsi nəzərdə tutulub. Bəstəkar Firuddin Allahverdinin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, Kiyev şəhərində keçiriləcək forum öz işinə may ayının 14-ü başlayıb 19-u yekunlaşacaq: ?Forumda dünyanın müxtəlif ölkələrinin təmsilçiləri iştirak edəcəklər. Bu forumun bir məqsədi var -müxtəlif ölkə gənclərinin yeni yazdığı musiqilərin səsləndirilməsi. Azərbaycanı bu forumda iki nəfər təmsil edəcək. Bunlardan biri mən, digəri isə gənc bəstəkar, beynəlxalq müsabiqələr laureatı Ayaz Qənbərlidir. Ayazın öz ansambılı ilə ?Köhnə qramafon üçün vals? əsəri, mənim isə ?Tonikuk bunları dedi? adlı əsərim ifa olunacaq?.
Qeyd edək ki, sözügedən forum iştirakçılarının sərəf xərclərini Gənclər və İdman Nazirliyi öz öhdəsinə götürüb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47