iqbal Ağazadə Almaniya Fondunun təmsilçisilə görüzüb
Bu gün Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Almaniyanın Fridrix Ebert Fondunun Cənubi Qafqaz üzrə təmsilcisi Matthias Jobeliusu partiyanın mərkəzi qərargahında qəbul edib.
Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, söz və mətbuat azadlığı, insan haqlarının qorunması və demokratiyanın inkişafı məsələləri müzakirə olunub. Fondun fəaliyyət istiqamətləri barədə məlumat verən qonaq, Umid Partiyasının fəaliyyəti ilə də maraqlanıb. Rəhbərlik etdiyi təşkilat barədə qonağa ətraflı məlumat verən İqbal Ağazadə Qarabağ probleminin həlli ilə bağlı Umid Partiyasının mövqeyini Matthias Jobeliusun diqqətinə catdırıb. Qarabağ münaqişəsinin yaranma və həllinin yubadılması səbəbləri barədə öz fikirlərini Fridrix Ebert Fondunun təmsilçisilə bölüşüb.
Görüşdə Cənubi Qafqazdakı münaqişələr və bölgədəki siyasi vəziyyətlə bağlı ətraflı fikir müdadiləsi aparılıb. Fondun Cənubi Qafqazda o, cümlədən Azərbaycanda fəaliyyət istiqamətləri müzakirə olunub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51