Tanınmış türk müğənnisi, ?Cənnət?, ?Yalan?, ?Kalp kalpe qarşı? mahnıları ilə ölkəmizdə də çoxsaylı dinləyici rəğbəti qazanmış Fərhad Köçər mayın 21-də Heydər Əliyev Sarayında konsert verəcək. Konsertin təşkilatçısı ?Qoliaf? şirkətinin rəhbəri Namiq Zülfüqarovun sözlərinə görə, müğənniyə eyni zamanda ABŞ-dan da daha yüksək qonorarla təklif gəlməsinə baxmayaraq, o, Azərbaycan konsertinə üstünlük verib: ?Buna səbəb son vaxtlar Azərbaycanda konsert verən türk müğənnilərinin ölkəmizdən xoş təəssüratlarla qayıtmasıdır. Bu yaxınlarda yeni albomu işıq üzü görən Fərhad bəy 2 saatlıq konserti zamanı, repertuarında olan yeni və köhnə mahnılarla yanaşı, hansısa xanım sənətçimizlə duet ifa etməyi də düşünür?. N.Zülfüqarov 6 aydır yaranmasına baxmayaraq, rəhbəri olduğu ?Qoliaf? şirkətinin tanınmış şou-biznes nümayəndələrimizin iştirakı ilə ?Gəmidə səyahət? adlı kommersiya xarakterli film çəkibdiyini də diqqətə çatdırdı. Bundan əlavə, şirkət tərəfindən iyunun 5-də Azəri qızı Günelin, 24-də isə məşhur rus qrupu ?Lyube?nin də Heydər Əliyev Sarayında konserti planlaşdırılıb. Şirkət Azərbaycana gəlməyən nəhəng ulduzları, o cümlədən Ququşu da ölkəmizə gətirməyi düşünür.