Müğənni Nadir Qafarzadə may ayında toyların olmamasından gileylənib. O, mayda toyların yoxluğunu iqtisadi böhranla deyil, ənənəvi olaraq, bu ay ərzində toy edilmədiyi üçün belə olduğunu deyib. Show.az-da söhbət zamanı toydan söz düşdüyü üçün, əməkdaşımızın, ?insanlar toyda Aygün Kazımovanı, yoxsa Brilliant Dadaşovanı daha yaxşı alqışlayır?, sualına, müğənni belə cavab verib: - ?Aygün Kazımova toya gələndə camaatda canlanma olur. Hamı onu alqışlayır. Aygünün şarmı var. O həm də, hamı ilə öz dilində danışır. Brilliant Dadaşova isə qurudur. Qonaqlarla ünsiyyət qurmur.? İki xalq artistini eksklüziv olaraq Show.az-da müqayisə edən Nadir Qafarzadə pulsuzluqdan şikayətlənsə də, bu onun xarici görünüşündə zərrə qədər də nəzərə çarpmır. Belə ki, Nadir hazırkı görkəmi ilə müğənnidən daha çox, restoran adminstratorlarına oxşayır.