Məlum olduğu kimi, bu gün Gürcüstanda dövlət çevrilişinə və prezidentə sui-qəsd cəhdi olub. Gürcüstanın Daxili İşlər Nazirliyi bəyan edib ki, hərbi qiyamçılar prezident Mixail Saakaşviliyə qarşı sui-qəsd planlaşdırıblar. Mixail Saakaşvili özü artıq ölkədə vəziyyətin nəzarət altına alındığını vurğulayıb və bütün hərbi hissələrdə fövqəladə vəziyyət elan olunub. Gürcüstan hüquq ? mühafizə orqanlarının verdiyi məlumata görə, ölkədə çevriliş etmək üçün Rusiyadan pul alan bir neçə general qiyamda ittiham edilərək həbs olunub. Müxtəlif xarici mənbələr bildirirlər ki, artıq həbs edilən generalların sayı yeddi nəfərdir. Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyinin həbs etdiyi generallar - Koba Kobaladze, Pirçxaşlişvili, Karkaraşvili, Tevzadze, Uçadze, Çkrialadzde, Qoxokidzedir. Bu məsələdə beş yüz nəfər hərbiçi təqsirli bilinir. Gürcüstan tərəfi isə çevriliş cəhdinə görə Rusiyanı ittiham edir.