Rusiyanın 58-ci ordusunda 1 nömrəli döyüş hazırlığı vəziyyəti elan olunub. Lent.az-ın ?Qruziya Online? saytına istinadən verdiyi məlumata görə, paralel olaraq Gürcüstan ordusu da döyüş vəziyyətinə gətirilib. ?Medianyus? agentliyi qeyd edir ki, bu gün səhər saat 10-da Rusiya Silahlı Qüvvələrinin 58-ci ordusunun Gürcüstan ərazisində yerləşən hissələrində döyüş hazırlığı vəziyyəti elan edilib. Gündüz saat 15-də artıq bütün orduda hazırlıq elan olunub. Bundan sonra Gürcüstan tərəfi də eyni addım atıb. Prezident Mixail Saakaşvilinin göstərişi ilə Gürcüstan Silahlı Qüvvələri 1 nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilib.