Gürcüstan Daxili İşlər Nazirliyi prezident Mixail Saakaşviliyə qarşı sui-qəsd cəhdinin üstünün açıldığını bəyan edib. Lent.az-ın ?Associated Press? agentliyinə istinadən verdiyi məlumata görə, sui-qəsdi qiyamda ittiham edilərək həbs olunan generallar hazırlayırmış. Mixail Saakaşvili özü artıq ölkədə vəziyyətin nəzarət altına alındığını vurğulayıb. Prezidentin göstərişi ilə Gürcüstan ərazisindəki bütün hərbi hissələrdə fövqəladə vəziyyət elan olunub. Prezident heç bir halda NATO təlimlərinin pozulmasına yol verməyəcəklərini vurğulayıb. Hazırda Gürcüstan Müdafiə Nazirliyinin quru qoşunları komandanı Şmaqi Teliya Muxrovani hərbi bazasında qiyam qaldıran hərbçilərlə danışıqlar aparır. Hələlik danışıqların məzmunu və nəticəsi ilə bağlı məlumat yoxdur.