Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan mayın 13-də Bakıya gəlir. Bu barədə ?Cnn-türk? məlumat verib. Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevlə görüşəcək. Görüş zamanı Türkiyə ilə Ermənistan münasibətləri müzakirə ediləcək. Görüşdə təbii qaz qiymətlərinin də müzakirəsi gözlənilir. Mayın 16-da isə Türkiyənin baş nazirinin Rusiyanın baş naziri Vladimir Putinlə görüşmək üçün Soşiyə gedəcəyi də bildirilir.