ATA bloku seçkidə digər müxalifət partiyaları ilə əməkdazlıq etməyəcək
[b]?Hazırda ATA blokuna daxil olan partiyalar bələdiyyə seçkiləri ilə bağlı daxili müzakirələr aparır. Blokdakı partiyalar qərar verəndən sonra müzakirə aparıb, yekun rəyimizi bildirəcəyik. Yəqin ki, mayın 20-ə kimi yekun qərar veriləcək?.[/b]
Bu sözləri Müstəqil İnformasiya Agentliyinə ATA blokunun və Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu deyib. Ç.Dəmiroğlu bildirib ki, bələdiyyə seçkiləri əsasən yerli təşkilatların marağındadır və bu səbəbdən də əvvəlcə yerlərdə müəyyən razılıq əldə olunmalıdır. Onun sözlərinə görə, seçkiyə getməmişdən öncə bütün məqamlar ciddi müzakirə olunmalıdır: ?Bildiyiniz kimi, seçkiyə blok şəklində gedəndə hər hansı narazılıq üzə çıxa bilər. Kimsə partiya olaraq, iştirak etmək istəyər, kimsə başqa formatı təklif edər, kiminsə namizədi üst-üstə düşər. Bax, bu cür problemlərlə qarşılaşmamaq üçün tələsik qərar vermək istəmirik?.
Ç.Dəmiroğlu onu da qeyd edib ki, rəhbərlik etdiyi blok bələdiyyə seçkilərində iştirak etmək qərarı versə, heç bir partiya ilə əməkdaşlıq etməyəcək: ?ATA blokundakı partiyalar Azərbaycan iqtidarlı müxalifətli - siyasi qüvvələrin 40 faizini təşkil edir. Bizim təkbaşına seçkiyə getməyimiz müxalifətin yarısının seçkidə birgə iştirak etməsi deməkdir. Ona görə də hansısa müxalifət partiyasına, yaxud blokuna qoşulmaq fikrimiz yoxdur?.
Blok lideri onu da nəzərə çatdırıb ki, budəfəki seçkidə də hakimiyyətlə müəyyən formada əməkdaşlıq edə bilərlər. Onun sözlərinə görə, əgər hakimiyyətdən belə bir təklif gələrsə, müzakirə edib, müsbət cavab verəcəklər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51