Dövlət Neft Fondunda toplanan pulları xərcləməyə ehtiyac yoxdur
?Neftin qiymətinin 50 dollar olmasına baxmayaraq hələ ki, Dövlət Neft Fondundan pul xərcləməyə ehtiyac yoxdur?. Bu barədə Milli Büdcə Qrupunun İdarə Heyətinin üzvü Fuad Rəsulov AJAŞ Xəbər Agentlyinin müxbiri ilə söhbətində bildirib.
Ekspert neftin satışı ilə bağlı Azərbaycanın çətin vəziyyətdə olmadığını qeyd edib: ?Hökumət üçün ən kritik rəqəm neftin satış qiymətinin 40 dollardan aşağı olmasıdır.Neftin satış qiyməti 40 dollardan aşağı olarsa, Dövlət Neft Fondunda toplanan pulları xərcləməyə başlayacaqlar. Hökümət üçün 60 dollar ən optimal qiymətdir. Bu hökuməti tam qane edə bilər. 50 dollar isə bir az azdır. Ancaq o demək deyil ki, hökumət pulları xərcləyir və çətin vəziyyətdədir?.
Fuad Rəsulov qeyd edib ki, ARDNŞ ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən transmilli neft şirkətlərinin də hökumətə ödədiyi mənfəət vergisi azalıb. Ekspert bunu qlobal maliyyə böhranı ilə əlaqədar dünya bazarında neftin qiymətinin düşməsi ilə əlaqələndirib: ?Aydındır ki, neftin bir barelinin qiyməti 70 dollar nəzərdə tutulub. Təbii ki, 50 dollara satıldığı halda, neft satan şirkətlər daha az mənfəət əldə edir və bunun da nəticəsində büdcəyə az vergi ödəyir?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19