Nailə Mirməmmədli yeni layihələr üzərində izləyir
Bəstəkar Nailə Mirməmmədli yeni mahnılar bəstələyir. O, Müstəqil İnformasiya Agentliyinə həm də oktyabr ayında konsert verəcəyini deyib. Bu konsertdə onunla yanaşı, mərhum bəstəkar Hikmət Mirməmmədlinin yaradıcılığı da yer alacaq: ?Konsertə hazırlıq işləri gedir. Hazırda həmin layihə ilə məşğulam. Əməkdar artist Baloğlan Əşrəfovla iki mahnı üzərində işləyirik. Həmin mahnıların biri mənim, biri isə Hikmətindi. Bundan başqa, xalq artisti Mələkxanım Əyyubova ilə onun yaxın qohumu Mirkamillə dueti üzərində iş gedir. Onların müraciət etdiyi mahnı isə Hikmətə müxsusdur. Qohumların bu layihəsi artıq oranjimana verilib.
Xalq artisti Nazpəri Dostəliyeva ilə Azər Zeynalovun birgə duetləri də mühüm işlərdən biridir. ?Azəri-star? və ?Yeni ulduz? iştirakçılarından olan Mirsaleh və İlahənin dueti isə Hikmətin mahnısıdır?.
Bəstəkar müğənni Röya ilə də iş birliyini davam etdirir. Onun sözlərinə görə, tamaşaçılar yaxın vaxtlarda müğənninin ifasında yeni mahnılar eşidəcək. Röyanın ifasında səslənəcək mahnıların bəziləri isə bəstəkar Hikmət Mirməmmədliyə məxsusudur: ?Hazırda Röya ilə bir mahnı üzərində işləyirik. Bu mahnının sözləri Gülağa Tənhaya məxsusdur. Mahnı ?Ağlama? adlanır və hazırda oranjimana verilib. İnanıram ki, bu, Röyanın ən hit mahnılarından birinə çevriləcək?
Nailə xanım həm də opera yazır. Amma həmin operanın liberettası bəstəkarın ürəyincə olmadığından, bu layihə bir müddət uzanası olacaq: ?Operanın əsas məqsədi analara həsr olunub. Mənim kimi tək qalmış analar ?sınmamalı?, övladlarının dərdini içinə salan ana hər şeydən uzaqlaşmamalıdır. Onların ayağa qalxması, cəmiyyətə savadlı, tərbiyyəli uşaqlar bəxş etməsi üçün bu həmin qadınlar özlərində güc tapmalıdırlar?.
N.Mirməmmədlinin yaradıcılığında dini musiqilər də yer alıb.
Bəstəkar sözlərinə görə, babası axund olub və öz dövründə yazdığı mərsiyyələr var. O, həmin mərsiyyələri diskə yazdırıb, pərəstişkarlarının ixtiyarına verəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47