Müsavat Məclisində bələdiyyə seçkiləri ilə bağlı qərar qəbul olunub
[b]Bu gün Müsavat Partiyası Məclisinin növbəti toplantısı keçirilib. Toplantıda regionda və ölkədəki ictimai-siyasi vəziyyət, bələdiyyə seçkiləri ilə bağlı partiyanın mövqeyinin müəyyənləşdirilməsi və digər məsələlər müzakirə edilib.[/b]
Müsavat başqanı İsa Qəmbər çıxış edərək, dünyadakı maliyyə böhranı, Rusiya-Gürcüstan münasibətləri, Türkiyə-Ermənistan sərhədlərinin açılması, adıçəkilən ölkələr arasında diplomatik əlaqələrin qurulması, bu məsələdə Azərbaycanın atmalı olduğu addımlar barədə fikirlərini toplantı iştirakçılarının diqqətinə çatdırıb. İ. Qəmbər Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulması və sərhədlərin açılması bardə informasiyaların Azərbaycan cəmiyyətində şok effekti yaratdığını vurğulayıb. Onun qənaətinjə, yaranmış problemlə bağlı Türkiyə və Azərbaycan rəsmiləri arasında açıq danışıqlar aparılmalıdır.
İ.Qəmbər partiyanın bələdiyyə seçkilərində iştirakı ilə bağlı öz mövqeyini də açıqlayıb. Müsavat Partiyasının bu il keçiriləcək bələdiyyə seçkisində ciddi şəkildə iştirak etməli olduğunu nəzərə çatdıran İsa bəy ?Bu seçkinin ölkədə ciddi ictimai-siyasi prosesə çevrilməsini bacarmalıyıq. Müsavat Partiyasının bələdiyyə seçkisində vahid siyahı ilə iştirakının tərəfdarıyam. Belə olan təqdirdə bölgələrdə partiyanın namizədlərinin təbliğatı ilə məşğul olmaq mümkün olacaq. Seçkiyə blok şəkilində getməyimiz və bu prosesdə vətəndaş cəmiyyətinin cəlb olunması isə müzakirə olunmalıdır?- söyləyib.
Sonda Müsavat Partiyasının bu ilin sonunda keçiriləcək bələdiyyə seçkisində iştirakı barədə qərar qəbul olunub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51