Kommunistlər Neft Akademiyasındakı faciə ilə əlaqədar 1 may aksiyasının təxirə saldı
Məlum olduğu kimi, bu gün 1 May - Dünya Zəhmətkeşlərinin Həmrəyliyi günüdür. Sol təmayüllü partiyaları 1 Mayın qeyd olunması ilə bağlı keçirilməsi nəzərdə tutduqları aksiya təxirə salınıb.
Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən Vahid Azərbaycan Kommunist Partiyasının rəhbəri Musa Tükanov tədbirin təxirə salınmasının Azərbaycan Neft Akademiyasında baş verən qanlı olayla bağlı olduğunu deyib: ?Bildiyiniz kimi, dünən faciəli bir hadisə baş verdi. Ondan çox vətəndaşımız qətlə yetirildi. Bu gün də onların anım tədbirləri keçirilirdi. Ona görə də qərara aldıq ki, 1 May tədbirlərini təxirə salaq. Hesab edirik ki, belə bir faciəvi hadisə ərəfəsində aksiya keçirmək düzgün olmazdı?.
M.Tükanov onu da bildirib ki, 1 May dünya Zəhmətkeşlərinin həmrəylik gününün rəsmi şəkildə qeyd edilməsi və həmin tarİxin qeyri-iş günü elan olunması istiqamətində bundan sonra da mübarizə aparacaqlar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51