Rəşid Behbudov adına Mahnı Teatrında tədbir ardınca tədbir keçiriləcək. Teatrdan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, mayın 2-si ?Səyyad? Rəqs Qrupunun böyük konserti planlaşdırılıb. Kosertdə Azərabycanın milli rəqsləri üstünlük təşkil edəcək. Mayın 3-də isə yubiley gecəsinin keçirilməsi nəzərdə tutulub. Bu dəfə Əbilov klubunun rəhbəri Mirəhməd Əsgərovun anadan olmasının 65, yaradıcılığının 45 illiyi qeyd ediləcək.