ismət Abbasov 1 saylı Şərab Zavodunu da bağlanmaqdan qurtara bilmədi
Dünayda baş verən iqtisadi böhranın təsiri ölkəmizdə getdikcə daha çox hiss edilir. Neft sektorundakı geriləmədən sonra qeyri-neft sektoru da iqtisadi böhrandan zərər görməyə başlayıb. Son bir ayda ölkədə bir çox müəssisənin fəaliyyətini dayandırması da bunun bariz nümunəsidir.
Artıq "Bakı-Şərab-1" Açıq Tipli Səhmdar Cəmiyyəti (ATSC) böhranla əlqədar fəaliyyətini dayandırıb. Bu barədə AJAŞ Xəbər-ə zavoddan məlumat verilib. "Bakı-Şərab-1"-in adının çəkilməsini istəməyən əməkdaşı zavodun fəaliyyətini dayandırmasını satışın olmaması ilə əlaqələndirib: ?Satış yoxdur, ona görə zavod faktiki olaraq işləmir?. Zavodun məsul işçisi kimi özünü təqdim edən Hüseyn müəllim isə mövzu ilə bağlı sualları cavablandırmağa çətinlik çəkdiyini bildirib.
Qeyd edək ki, kənd təsərrüfatı naziri İsmət Abbasov şərabçılıq sahəsinin inkişafına xüsusi diqqət yetirirdi. Xaricdən Azərbaycana gətirilən spirtli içkilərə daha çox gömrük rüsumu tətbiq etdilməsi də daxili istehsalçıları qorumaq məqsədi daşıdığı bildirilirdi. "Bakı-Şərab-1" Açıq Tipli Səhmdar Cəmiyyəti (ATSC) böhranla əlqədar fəaliyyətini dayandırması isə onu göstərir ki, kənd təsərrüfatı naziri İsmət Abbasov bu sektoru qorumaqda acizdir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19