Şuşa Dövlət Teatrı yeni əsərə müraciət edib. Müstəqil İnformasiya Agentliyinə bu barədə məlumat sözügedən teatrdan verilib. Qeyd edək ki, yaradıcı kollektiv bu dəfə məşhur yazıçı Çingiz Aytmatovun yaradıcılığına müraciət edib. Kollektivin üzərində işlədiyi əsər ?Dəniz kənarı ilə qaçan alabaş? adlanır. Teatrdan verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Loğman Kərimovdur. Hazırda əsər üzərində bütün rollar bölüşdürülüb və məşq prosesinə başlanılıb. Onu da qeyd edək ki, ?Dəniz kənarı ilə qaçan alabaş? teatrsevərlərin ixtiyarına gələn mövsümdə veriləcək.