[/right] ?Aksiyanın keçirilməsi üçün şəhər kənarına çıxacayıq. Çox güman ki, mən bu aksiyada iştirak edə bilməyəcəm. Çünki həmin vaxt, Mətbuat klubunda saat 2-dən 6-ya kimi jurnalistlərlə yığıncaq olacaq?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Vahid Azərbaycan Kommunsit Partiyasının rəhbəri Musa Tükanov 1 May-zəhmətkeşlərin həmrəylik gününə həsr edilmiş tədbir keçirmək istəklərinə münasibət bildirərkən deyib. O, həm də deyib ki, İcra Hakimiyyəti həmin tədbir üçün onlara icazə verməyib: ?Dəfələrlə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etsək də, müraciətlərimiz cavabsız qalıb. Ona görə də aksiyanın keçirilməsində konkret ünvan yoxdur və aksiyada yalnız bizim partiya təmsil olunacaq?.