izıqpulunu internetlə də ödəmək mümkün olacaq
?BakıElektrikŞəbəkə? ASC Azərbaycanda onlayn ödəmə xidmətlərini göstərən ilk provayder ?GoldayPay?-lə birgə abonentlərinə elektrik enerjisi borclarını bank kartlarından istifadə etməklə internet üzərindən onlayn rejimdə ödəmə xidmətini təqdim edib.
Visa/Visa elektron və MasterCard/Maestro ödəmə kartlarından hər hansı birinə sahib olan abonentlər, sutka ərzində ?BakıElektrikŞəbəkə? ASC-nin rəsmi saytına (http://www.bes.az) daxil olaraq elektrik enerjisinə görə borclarını öyrənə və ödəyə bilərlər. Ödəmə proseduru isə sadədir. Belə ki, bunun üçün saytın ana səhifəsində, yuxarı sağ küncdə müvafiq qrafada abonentin kodu və ya telefon nömrəsini qeyd etmək lazımdır. Bu zaman abonentin cari hesabı haqda məlumat olan pəncərə açılacaq. Mövcud borcu ödəmək üçün ?Online ödəmə? düyməsinə basmaq, növbəti səhifələrdə açılan müvafiq formaları doldurduqdan sonra ödəməni həyata keçirmək olar. Ödəmədən bir neçə saniyə sonra, əməliyyatın uğurla başa çatdırıldığı haqda bildiriş pəncərəsi açılır. Həmin bildirişi çap etmək və ya elektron ünvana göndərmək mümkündür.
Qeyd edək ki, təklif olunan xidmət tam pulsuzdur və ödəmə kartı vasitəsilə elektrik enerjisi borclarının ödənilməsi zamanı abonentdən heç bir komisyon haqlar tutulmur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19