Bernar Fasye: "Prezidentlərin Praqa görüzü çox faydalı olacaq"
"Azərbaycan və Ermənistan prezidentlərinin Praqada keçirəcəkləri görüş çox konseptual və faydalı olacaq". "Novosti Armeniya"nın verdiyi məlumata görə, bu barədə ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye bildirib.
"Hər iki prezident bizim təklif etdiyimiz qrafiklə razılaşıblar, yəni görüş mayın 7-də Praqada baş tutacaq",- deyə B. Fasye bu gün keçirdiyi mətbuat konfansında vurğulayıb. Onun sözlərinə görə, bu görüşü təşkil etmək üçün hər iki prezidentlə uzun iş görülüb.
Fasye qeyd edib ki, görüş zamanı Madrid prinsiplərinin bəziləri müzakirə ediləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50