Xalq artisti, Akademik Milli Dram Teatrının aktirisası Məleykə Əsədovanın şəxsi saytı fəaliyyətə başlayacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə aktirisanın ailəsindən məlumat veriblər. Saytda aktirsanın həyat və yaradıcılığı əks olunacaq, eləcə də M.Əsədova pərəstişkarlarını maraqlandıran suallara cavab verəcək. Aktirisanın ailəsindən onu da bildiriblər ki, Məleykə xanım bununla bağlı hazırda Türkiyədə səfərdədir və sayt həmin ölkədə hazırlanır.