Tofiq İsmayılov adına Uşaq Dünyası Rəsm Qalereyasında sərgi olacaq. Qalereyadan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, sözügedən sərgi müəllimlər üçün hesabat xarakterlidir. Qaleriyanın rəhbəri Aynurə İsmayılovanın sözlərinə görə, dərnəkdə fəaliyyət göstərən müəllimlər hər il hesabat sərgisi ilə çıxış etməlidirlər. ?Hazırda bu istiqamətdə işlərə başlanılıb. Sərgi mayın sonuna kimi davam edəcək. Mayın sonunda isə Rəhilə Məmmədzadənin hesabat sərgisi olacaq?. Qalereyanın tədbiri bununla yekunlaşmır. Sözügedən mədəniyyət ocağının ən böyük mərasimi 1 iyunda - Uşaq günü ilə bağlı olacaq.