?Bakılı? Beynəlxalq Mədəniyyət Cəmiyyəti ?Humay? Milli Mükafatının növbəti 19-cu təqdimetmə mərasimini keçirib. Qeyd edək ki, ?Humay-2009? Milli Mükafatı bir neçə nominasiyalar üzrə-elm, ədəbiyyat, mədəniyyət və incəsənət sahələrini əhatə edib. Ədəbiyyat nominasiyası üzrə cari ilin mükafatı bu dəfə yazıçı-dramaturq Firuz Mustafaya verilib. F.Mustafa Müstəqil İnformasiya Agentliyinə deyib ki, bu mükafatı iki əsərə görə alıb: ?Bunlardan biri ?Teatr meydanı? romanı, digəri ?Dəniz köçü? povestidir?.