istehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti bazarda saxta sement azkar edib
İstehlakçıların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə keyfiyyətsiz və istifadəyə yararsız malların aşkar edilməsi, satışının qarşısının alınması istiqamətində İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti qanunvericiliklə müəyyənləşdirilmiş tədbirlərin həyata keçirilməsini davam etdirir.
Dövlət Xidmətinin bu günlərdə keçirdiyi monitorinq zamanı Səbail rayonunda 20-ci sahə adlanan ərazidə yerləşən tikinti materiallarının satışı bazarında fiziki şəxs Cəbrayılov Dövlətalı Nəcəf oğluna məxsus topdansatış obyektində ümumi çəkisi 19,1 ton olan 382 kisə ?Qaradağ-Sement? ASC-nin ?Special M-400? əmtəə nişanı ilə nişanlanmış saxta sementin satıldığı aşkarlanıb. Araşdırmalar nəticəsində saxta sementin qablaşdırılmasında istehlakçıları çaşdırıcı qırmızı rəngdən istifadə edildiyi müəyyən edilmişdir. Aşkar edilmiş saxta sement dövriyyədən çıxarılmış və keyfiyyətinin yoxlanılması üçün laborator müayinəyə təqdim olunub.
Saxta sementin digər ticarət obyektlərində də satılma ehtimalını nəzərə alaraq, bu cür halların qarşısının alınması üçün İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti monitorinqləri davam etdirəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19