Aprelin 27-dən 30-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası keçiriləcək. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlardan Gültəkin Hacıyeva, Rafael Hüseynov, Qənirə Paşayeva və Sabir Hacıyev tədbirdə iştirak etmək üçün aprelin 25-də Fransaya səfər edəcəklər. Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, toplantıda Azərbaycanda keçirilmiş referendumun, eləcə də Makedoniyada prezident, Moldovada və Çernoqoriyada parlament seçkilərinin nəticələri, Gürcüstan-Rusiya münasibətləri, fövqəladə vəziyyətlərdə insan hüquqlarının qorunması, gender prinsipləri və digər məsələlər müzakirə ediləcəkdir. Deputatlarımız müzakirə olunan məsələlərə öz münasibətlərini bildirəcəklər.