?Avrovizion?çunun konserti mayın 1-də olacaq
[b]Türkiyəli həmkarından fərqli olaraq, Aysel Teymurzadə qardaş ölkədə konsert verməyəcək[/b]
?Avrovizion-2009? yaraşmasında Türkiyəni təmsil edəcək müğənni Hadisə mayın 1-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. Bu məlumat Müstəqil İnformasiya Agentliyinə sözügedən mədəniyyət ocağından verilib.
Saraydan onu da bildiriblər ki, türk müğənnisinin konsert proqramı rəngarəng olacaq. Bilətlərin qiyməti isə 40-150 manat arasında nəzərdə tutulub.
Görəsən, buna paralel olaraq, Azərbaycanı ?Avrovizion-2009?-da təmsil edəcək Aysel Teymurzadənin necə, Türkiyədə konserti nəzərdə tutulubmu?
İctimai Televiziyanın mətbuat xidmətindən Müstəqil Agentliyə bildiriblər ki, Aysel Teymurzadənin Türkiyədə konserti təşkil edilməyəcək. Amma buna baxmayaraq, Ayselin hazırda Türkiyədə klipləri yayımlanır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47