Ermənistan parlamentinin spikeri ?Türkiyə - Ermənistan sərhədləri bu il açılacaq? deyir
?Ermənistan -Türkiyə sərhədləri 2009-cu ildə açılacaq. Buna qədər isə iki ölkə arasında diplomatik münasibətlər qurulacaq?. Bu barədə Ermənistan parlamentinin spikeri Ovik Abramyan Polşa mətbuatına müsahibəsində məlumat verib.
O, Azərbaycanın hərbi büdcəsinin Ermənistan büdcəsindən çox olması və Dağlıq Qarabağ konfliktinin müharibə yolu ilə həll edilməsinin mümkün olub-olmaması barədə də fikir bildirib. ?2008-ci ilin Cənubi Qafqazla bağlı avqust hadisələri göstərdi ki, istənilən bir konflikti müharibə yolu ilə həll etmək mümkün deyil?, - deyə Abramyan vurğulayıb.
Erməni spiker Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun səylərini yüksək qiymətləndirdiyini də qeyd edib. // SİA
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50