Baloğlan Əzrəfovun konserti sönük keçdi
Bir neçə aydır solo-konsertə hazırlaşan əməkdar artist Baloğlan Əşrəfovun bu layihəsi, nəhayət ki, baş tutdu. Aprelin 21-də Heydər Əliyev Sarayında müğənni "Nədəndir?" adlı konsert proqramı ilə pərəstişkarlarının qarşısına çıxdı. Lakin konsert vəd olunduğu kimi rəngarəng deyil, sönük keçdi. Tamaşaçılara nə maraqlı şou, nə sürpriz duet təqdim olunmadı. Çox güman ki, sənətçinin həmkarları belə olacağını öncədən təsəvvür ediblər. Belə ki, adətən Baloğlanın böyük sənətkar olduğunu söyləyən sənət yoldaşları onun konsertində gözə dəymədilər. Yalnız əməkdar artist Zöhrə Abdullayeva və Məhəbbət Kazımov tamaşaçılar arasında oturmuşdular.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47