Prezident Bəstəkarlar ittifaqına 1 milyon manta ayırdı
Prezident İlham Əliyev, ?Azərbaycan Bəstəkarlar İttifaqının maddi-texniki bazasının yaxşılaşdırılması haqqında? Sərəncam imzalayıb. Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması məqsədi ilə dövlət başçısı qərara alır ki, Bəstəkarlar İttifaqına zəruri avadanlıqların alınması üçün Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 (bir) milyon manat məbləğində vəsait ayrılsın.
Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən vəsaitin Azərbaycan Bəstəkarlar İttifaqına ayrılmasını təmin etməlidir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47