?Tezliklə aktiv siyasətə qayıtmaq barədə düşünmürəm. Boş vaxtlarımda mütaliə edir, ayrı-ayrı qəzetlər üçün analitik yazılar yazıram. İctimai-siyasi proseslərdən kənarda dayansam da, regional və beynəlxalq aləmdə baş verən yenilikləri diqqətlə izləyirəm?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında BAXCP-nin sabiq baş katibi, Laçın Alayının keçmiş komandiri Arif Paşa deyib. A.Paşa müxtəlif siyasi partiyalardan əməkdaşlıq təklifi aldığını da bildirib. Buna baxmayaraq o, tezliklə siyasi fəaliyyətini bəpa etmək niyyətində olmadığını vurğulayıb.