Müğənni-bəstəkar Elza Seyidcahan bir neçə gündür ki, Türkiyədədir. Sənətçinin ailəsindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, səfər yaradıcılıq xarakteri daşıyır. Bəstəkarın ailə üzvləri bildiriblər ki, onun Bakıya nə vaxt dönəcəyi barədə məlumatsızdırlar: ?Elza xanımın konsert layihəsi və iş birlikləri var. Konsert təxirə salınmayıb, amma vaxtı da dəqiqləşməyib. Yəqin ki, Elza xanım vətənə dönər-dönməz konserti barəsində məlumat verəcək?. Qeyd edək ki, bəstəkarın budəfəki layihəsi heyvanlar üçün nəzərdə tutulub.