Astroloq Səbuhi Rəhimli son vaxtlar əhali arasında narahatlıq yaradan bir məsələyə aydınlıq gətirib. Belə ki, beynəlxalq və yerli mətbuatda "ABŞ prezidenti Barak Obama aprelin 24-də "soyqırım" ifadəsini işlədəcək" kimi fikirləri inkar edib: "Hələ Barak Obama prezident seçilməzdən öncə onun astroloji xarakteristikası və gələcək planları barədə mətbuatda ətraflı açıqlamalar vermişdim. Bu səbəbdən də onun qondarma soyqırımla bağlı münasibəti barədə də konkret fikir söyləyə bilərəm. Qoroskopun bütün formalarını gözdən keçirdikdən sonra bir daha əmin edirəm ki, Obama aprelin 24-də hər hansı ?soyqırım? ifadəsini işlətməyəcək".