Elzən Dadazov dünya musiqiçilərinin beynəlxalq festivalına qatılacaq
[b]Tanınmış qarmon ifaçısı Elşən Dadaşov Müstəqil İnformasiya Agentliyinə dünya musiqiçilərinin beynəlxalq festivalına qatılacağını deyib.
[/b]
?Amerikanın Nyu-York şəhərindən mənə dəvət gəldi. Orada böyük dünya musiqiçilərinin beynəlxalq festivalı keçiriləcək. Azərbaycanı həmin festivalda mən təmsil edəcəm?,- deyən qarmon ifaçısına bu təklif Mədəniyyət və Turizm Nazirliyindən gəlməyib. Onun sözlərinə görə, sözügedən festivaldan ona şəxsi dəvət gəlib. Dadaşov bu barədə Nyu-York radiosunda da çıxış edib. Festival isə sentyabr ayında başlayacaq.
Qarmon ifaçısı bu günlərdə Gürçüstanda da olub: ?Oradan gələndən sonra iki gürcü kompazisiyasını layihə şəklində işlədim. Bizm retro mahnılar kimi, gürcülərin də hit mahnıları çoxdur. İşlədiyim yeni layihələrdə çalışdım ki, onların ən məşhur mahnılarını təqdim edim. Elə də etdim. ?Arqo? və ?Tibliso? mahnılarının kompazisiyasını işlədim. İki aydır ki, bu mahnılar efirdə səslənir?.
E.Dadaşov eyni zamanda ?Amerika tanqosu? adlı kompazisiya da hazırlayıb. Qarmon ifaçısının sözlərinə görə, hazırladığı kompazisiyalırın hər biri sözügedən ölkələrin telekanallarında da yayımlanır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47