Aprelin 15-də dünya birjalarında keçirilən hərracın nəticələrinə görə, qara qızılın qiymətində ucuzlaşma müşahidə edilib. Verilən məlumatlara görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,16 dollar və ya 0,3% azalaraq 1 barelə görə 49,25 dollar təşkil edib. ICE London qitələrarası birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,17 dollar azalaraq 51,79 dollar təşkil edib.