?Rusiya Qarabağ probleminin həllinə zamin durmağa hazırdır?
?Azərbaycan ilə Rusiya arasında dialoq ən yüksək səviyyədə inkişaf edir. Mən iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyi bir ölkədə fəaliyyətə başlamağa şadam?. Bu barədə Rusiya Federsiyasının Azərbyacanda fəaliyyətə başlayan yeni səfiri Vladimir Doroxin bu gün keçirldiyi mətbuat konfransında bildirib.
Rusiyanı Azərbaycanın ən yaxın müttəfiqlərindən biri hesab edən Doroxin Ermənistan-Azərbaycan münaqişəsindən də shbət açıb. O qeyd edib ki, ölkəsi Dağlıq Qarabağ probleminin həllinə zamin durmağa hazırdır.
?Rusiya münaqişənin beynəlxalq standartlar çərçivəsində və hər iki tərəf üçün münasib vasitələrlə sülh yolu ilə nizamlanmasında maraqlıdır və sözsüz ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıyır, - deyə səfir əlavə edib.
İlham Əliyevin Rusiyaya işgüzar səfərindən danışan Doroxin qeyd edib ki, bu səfər hər iki ölkənin maraqları baxımından böyük əhəmiyyət kəsb edir. "Biz indi yeni hadisənin astanasındayıq - sabah Moskvada Azərbaycan və Rusiya prezidentlərinin işgüzar görüşü keçiriləcək və orada əldə olunacaq razılaşmalar dostluq və əməkdaşlığın yeni səhifəsinin açılmasına gətirib çıxaracaq", - deyə Doroxin vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50