Rəşid Beybudov adına Mahnı Teatrı böyük mərasimə hazırlaşır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə teatrdan məlumat verilib. Qeyd edək ki, sözügedən mədəniyyət ocağının planlaşdırdığı mərasim Həzrəti Məhəmməd Peyğəmbərin (s) mövludu gününə həsr olunacaq və gələn həftə reallaşacaq. Teatrdan bildirilib ki, mərasimə bir neçə ölkədən nümayəndələr də qatılacaq və dini ruhda manıların ifa ediləcəyi də gözlənilir.