Ötən həftə bəstəkar Sədaqət Arifqızının Dövlət Filarmoniyasında yaradıcılıq gecəsi keçirildi. Gecədə Nadir Qafarzadə, əməkdar artist Zöhrə Abdullayeva, Ruhi, İzzət Bağırov, Xatirə, Ziyafət Yaqubova, Ruhəngiz Abdullayeva, Ülvi Qılınc və xalq artisti Flora Kərimova iştirak etdilər. Çox güman ki, həmin tarix Sədaqət xanımın yadında hələ çox qalacaq. Pərəstişkarları onu, demək olar ki, çiçək yağışına qərq etdilər. Yüksək səviyyədə keçən tədbirin ən maraq doğuran məqamlarından biri də, tamaşaçılar arasında oturan, çoxlarının böyük musiqisevər kimi tanıdığı iş adamı Səkinə xanımın səhnəyə çıxan bütün sənətçilərə üzük hədiyyə etməsi oldu.