Azərbaycanın təbii qazının satış bazarlarının genişləndirilməsi RF və Azərbaycan prezidentləri Dmitri Medvedev və İlham Əliyev arasında danışıqlar zamanı əsas mövzulardan biri olacaq. Bu barədə Turan İTAR-TASS agentliyinə istinadla məlumat yayır. ?Danışıqlarda həmişə olduğu kimi, regional məsələlər, xüsusən Dağlıq Qarabağ nizamlanması və Xəzərin hüquqi statusu məsələlərinin müzakirəsi mühüm yer tutacaq?, deyə Kreml administrasiyasının nümayəndəsi Əlieyvin Moskvaya işgüzar səfəri ərəfəsində bildirib. ?Gündəlikdə qarşılıqlı fəaliyyətin yeni perspektivli istiqamətləri, xüsusən, energetika sahəsində Azərbaycan qazının satış bazarlarının genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi durur?, deyə o qeyd edib. Mənbə həmçinin qeyd edib ki, ticarət-iqtisadi əlaqələrin inkişafı əməkdaşlığın prioritet istiqaməti olaraq qalmaqdadır. 2005-ci ildən ticarət dövriyyəsi demək olar ki, 2,5 dəfə artıb və 2008-ci ildə 2,4 mlrd. dollara çatıb. İki prezident arasında danışıqlar zamanı mədəni-humanitar əlaqələrin inkişafından söhbət gedəcək. Azərbaycanın orta və ali məktəblərində ?rus bölməsi? fəaliyyət göstərir, rus dilində təhsil xətti həyata keçirilir. Təhsil sahəsində əməkdaşlıq inkişaf etdirilir, xüsusən, fevral-mart aylarında Bakıda MDU-nun filialı, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi açılıb. // TURAN