Əməkdar artist, tanınmış klarnet ifaçısı Vaqif Mirzəyev yeni layihələr üzərində işləyir. Həmin layihələrdən biri isə ?Uşaq ili?nə həsr olunub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sənətkarın özü məlumat verib. ?Bu il uşaq ilidir. Mən də üzərimə düşən vəzifədən istifadə edib uşaqlara öz sürprizimi bəxş edəcəm. Klarnetdə uşaqlar üçün bir əsər yazmışam. Yaxın günlərdə əsər onların ixtiyarına veriləcək. İnanıram ki, bu, onların ürəyincə olacaq?,- deyən klarnet ifaçısının yenilikləri bununla yekunlaşmır. O, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaranan ansamblın bədii rəhbəridir. Dünya Azərbacanlıları Konqresinin üzvü seçilən Vaqif Mirzəyev sözügedən xəttlə dünya səhnələrində çıxışlar edərək, Azərbaycanın milli musiqisinin təbliği ilə məşğul olur.