Ermənistan prezidenti Serj Sərkisyan irandadır
İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad aprelin 13-də Tehrana gedən Ermənistan prezidenti Serj Sərkisyanı qəbul edib.
?Media forum? saytının məlumatına görə, S.Sərkisyanı iki günlük rəsmi səfərində Ermənistanın xarici işlər, enerji və təbii sərvətlər, nəqliyyat və informasiya, iqtisadiyyat və xaricdə yaşayan ermənilərin işləri üzrə nazirləri, Ermənistan Mərkəzi Bankının sədri və bir sıra deputatlar müşayiət edir.
S.Sərkisyanın M.Əhmədinejad, həmçinin İran parlamentinin sədri, İran xarici işlər naziri və Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri ila görüşüb müzakirələr aparacağı vurğulanır.
İki ölkə prezidentlərinin bir neçə mühüm sənədi, o cümlədən İranla Ermənistan arasında dəmir yolunun çəkilişi barədə sənədi imzalayacağı vurğulanır. Bildirilir ki, 470 kilometr uzunluğu olan İran-Ermənistan dəmir yolunun 60 kilometri İran ərazisində, 410 kilometri isə Ermənistan ərazisində olacaq.
S.Sərkisyanın Tehranın ?Ararat? İdman Cəmiyyətində yerli ermənilərlə görüşəcəyi və İran İslam Respublikasının qurucusu ayətullah Xomeyninin məqbərəsini ziyarət edəcəyi də nəzərdə tutulub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50