DUi Türkiyə prezidentinə, baz nazirə və Böyük Millət Məclisinin sədrinə müraciət ünvanlayıb
Bu gün Demokratiya Uğrunda İttifaqa (DUİ) daxil olan partiyaların növbəti toplantısı keçirilib. Toplantıda müxalifətin ümumi konfransının keçirilməsi, Türkiyə-Azərbaycan münasibətlərinin son vəziyyəti və digər məsələlər müzakirə olunub.
Bu barədə Müstəqil İnformasiya Agentliyinə DUİ-nin mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda bildirilir ki, Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin açılması məsələsi ilə bağlı DUİ rəhbərliyi narahatlığını ifadə edib. Bununla yanaşı, ittifaqa daxil olan partiyalar məsələylə bağlı Türkiyə prezidentinə, baş nazirə və Böyük Millət Məclisinin sədrinə müraciət ünvanlayıblar. Müraciətdə qeyd olunur ki, Ermənistanla sərhədlərin açılması Azərbaycan-Türkiyə münasibətlərinin pisləşməsinə, bütövlükdə türk dünyasının gələcək inkişafına ciddi əngəllər törədə bilər. Ona görə də DUİ Sədrlər Şurası hesab edib ki, heç bir vəchlə belə bir addım atılmamalıdır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51