Naxçıvanda ?Əqli mülkiyyət və ənənəvi biliklər? simpoziumu keçiriləcək
Mayın 12-dən 14-dək Naxçıvan şəhərində ?Əqli mülkiyyət və ənənəvi biliklər? mövzusunda beynəlxalq simpozium keçiriləcək. Tədbirin təşkilatçıları Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatıdır.
Bu barədə Müstəqil İnformasiya Agentliyinə Dövlət Komitəsindən məlumat verilib. Simpoziumda həmçinin Avropa Patent Təşkilatı və Avrasiya Patent Təsisatının nümayəndələri də iştirak edəcəklər. Müzakirə olunacaq mövzular ənənəvi biliklərin iqtisadi və mədəni qiymətləndirilməsi və əqli mülkiyyətin mühafizəsinin gücləndirilməsi ilə bağlı olacaq. Bu sahədə strateji planlar, hüquqi məsələlər və milli təcrübə də diqqət mərkəzində olacaq. Tədbir çərçivəsində ənəvi biliklərin mühafizəsi proqramının və imkanlarının yüksəldilməsi yolları da aranacaq. Səslənən təklifləri işləyib hazırlamaq üçün iki işçı qrup yaradılacaq. Simpoziumun sonunda ənənəvi biliklərin beynəlxalq mühafizəsi ilə bağlı toplanan rəy və təkliflər təsdiqlənəcək.
Qeyd edək ki, Naxçıvan şəhərində planlaşdırılan beynəlxalq simpoziumda Rusiya Federasiyasi, Türkiyə, Qazaxıstan, Bolqarıstan, Qırğızıstan və Tacikistandan da nümayəndələr iştirak edəcəklər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19