Aprelin 16-17-də Latviyanın xarici işlər naziri Maris Riekstinş Azərbaycana səfərə gələcək. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Maris Riekstinş xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadi inkişaf naziri Şahin Mustafayev və digər rəsmi şəxslərlə görüşəcək. Görüşlərdə siyasi və iqtisadi əlaqələrin perspektivləri, hökumətlərarası komissiyanın növbəti iclasının gündəliyi, eləcə də Latviya Prezidenti Valdis Zatlersin cari ilin ortalarına planlaşdırılan səfəri ilə bağlı məsələlər müzakirə olunacaq. Səfər çərçivəsində latviyalı nazir Bakıda keçiriləcək Azərbaycan-Latviya biznes forumunda da iştirak edəcək.