ATƏT-in Bakı ofisinin yeni rəhbəri Azərbaycana gəlib
ATƏT-in Bakı ofisinin yeni rəhbəri, türkiyəli diplomat Əli Bilge Cankorel Azərbaycana gəlib. Yeni rəhbər aprelin 13-dən vəzifəsinin icrasına başlayacaq.
ATƏT-in Bakı ofisindən bildiriblər ki, Ə.B.Cankorel ATƏT-in Bakı ofisinə rəhbər təyin olunmazdan əvvəl Türkiyə Xarici İşlər Nazirliyində müşavir vəzifəsində, bu ölkənin Kanada, Çin və İsveçrədəki səfirliklərində çalışmış, Türkiyənin Ukraynadakı səfiri olub. ATƏT-in Bakı ofisinin sabiq rəhbəri Xose Luis Herrero Ansola Skopyedəki ofisə rəhbər təyin olunduğu üçün keçən ilin dekabrında Azərbaycanı tərk edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51