Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Viktor Yuşşenko bu gün görkəmli Ukrayna şairi Taras Şevçenkonun Bakıda ucaldılmış abidəsini ziyarət edib. Ukraynanın dövlət başçısı və xanımı Katerina Yuşşenko böyük kobzarın xatirəsini ehtiramla anaraq, onun abidəsi önünə əklil qoyublar. Aprelin 10-da Ukrayna Prezidenti Viktor Yuşşenkonun Azərbaycana rəsmi səfəri başa çatıb. Prezident Viktor Yuşşenkonu və xanımı Katerina Yuşşenkonu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.